Bakıda bazar yandı 21 Noyabr 2014 02:00 Hadisə Bakının Sabunçu rayonu ərazisində bazar yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Maide.az-a verilən məlumata görə, hadisə saat 11:06-da baş verib. Yanğın Sabunçu bazarı adlanan ərazidə qeydə alınıb. Saat 11:07-də hadisə yerinə 5 yanğınsöndürən maşın çıxıb. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb və yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğın elektrik qısaqapanmasından baş verib. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Bakıda bazar yandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda moteldə qətlə yetirildiyi bildirilən qadının intihar etdiyi məlum olub Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib