Bakıda «BMW-X-5»-lərin düşdüyü qəzalardan – REAL VİDEO

Bakıda baş vermiş 3 yol qəzasının real görüntüləri sürücülərin yol hərəkəti qaydalarına necə əməl etməsini tam əks etdirir.
Maide.Az xəbər verir ki, Avtosfer.az-ın təqdim etdiyi ğbu görüntülər Daxili İşlər Nazirliyinin «Təhlükəsizlik şəhər» kameraları vasitəsilə qeydə alınıb. Birinci yol qəzasında «BMW-X-5»in qayda pozduğu açıq-aşkar görünür. Bu avtomobilin həmin nöqtədən dönməsi qadağandır və yol nişanları da bunu əks etdirir. Lakin sürücü dönür və bu zaman onun avtomobili yolun kənarında dayanmış taksiyə dəyir. Əgər buradan dönməyə icazə verilsəydi bu zaman taksinin orada dayanmasının qanunsuz olduğunu demək olardı.
Digər «BMW-X-5» isə sağdan hərəkət edir və qəflətən yolayrıcına daxil olur. Burada yolayrıcının necə nizamlandığı tam görünmədiyi üçün qəza ilə bağlı konkret fikir söyləmək çətindir. Lakin əgər bura nizamlanmayan yolayrıcıdırsa, o zaman düzünə hərəkət edən «Mercedes» «BMW-X-5»ə yol verməli idi. Üçüncü qəza videosu da eyni ərazidə çəkilib. Situasiya da eynidir.
Bu ərazidə eyni səbəbdən belə qəzalar baş verirsə o zaman dərhal burada araşdırma aparılmalı və müvafiq yol nişanları, ehtiyac varsa svetofor qoyulmalıdır. Çünki burada çoxzolaqlı yol olduğu üçün sürücülər sağa-sola tam nəzarət edə bilmirlər. Hər bir halda, baş vermiş şər üç yol qəzasında sürücülərdən biri günahkardır. Videodan da görünür ki, yolayrıcına daxil olan hər bir sürücü özünü üstünlüyə malik sürücü hesab edir və dayanmadın keçir. Nəticəsi də göz qabağındadır.

Google+ WhatsApp ok.ru