Bakıda bu dairənin tıxacsız günü olmur - VİDEO

Üstünlük onların olmasa da, qaydaları pozaraq yola girirlər

Bakıda günün pik vaxtlarında sürücülərin bir çoxu tıxac problemi ilə qarşılaşırlar. Əsasən də yolları birləşdirən dairələrdə belə hallar müşahidə olunur. Yol polisi yoxdursa, sürücülər dairələrdə sanki bütün qaydaları bir kənara qoyurlar. Üstünlük onların olmasa da, qaydaları pozaraq yola girirlər. Nəticədə tıxac yaranır.
 
Paytaxtın bir çox küçə və prospektlərindəki dairələrdə bənzər mənzərəni günün pik saatlarından görmək olar. Problemin ən çox yaşandığı yerlərdən biri «20 Yanvar» dairəsidir. Bənzər mənzərəyə 4-cü mikrorayon dairəsində də rast gəlinir. Burdakı tıxacın səbəbi də sürücülərin özləridir. Pik saatlarda 3-cü mikrorayon dairəsindən keçən sürücülər də eyni problemi yaşayır.
 
Sürücülər dairələrə çatanda sanki bütün yol hərəkəti qaydalarını bir kənara qoyub avtomobil sürürlər. Xüsusilə də vəziyyətə nəzarət edən yol polisi yoxdursa.

Google+ WhatsApp ok.ru