Nardaranda Rəhimə xanım ziyarətgahının Hüseyniyyə məscidi bağlanmayıb - YENILƏNİB

Nardaran qəsəbəsində yerləşən Rəhimə xanım ziyarətgahının Hüseyniyyə məscidilə bağlı məsələyə aydınlıq gətirilib.
 
Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov qəsəbədə yerləşən Rəhimə xanım ziyarətgahının Hüseyniyyə məscidinin bağlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
 
O, AzNews.az-a açıqlamasında Rəhimə xanım ziyarətgahının Hüseyniyyə məscidinin bağlanmadığını bildirib: “Məscid bağlanmayıb.
 
Sadəcə olaraq bəzi tədbirlərin keçirilməsi məqsədəuyğun sayılmayıb”.
 
***
 
Nardaran qəsəbəsində yerləşən Rəhimə xanım ziyarətgahının Hüseyniyyə məscidi bağlanıb. Bu barədə Trend-ə Nardaran sakinləri məlumat verib.
Sakinlər bildiriblər ki, Hüseyniyyə məscidi Nardaran ziyarətgahının axundu Hacı Nuhbala Rəhimovun həbsindən sonra bağlanılıb. 
Xatırladaq ki, Nardarandakı Rəhimə xanım ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov bir neçə gün öncə Nardaran hadisələrində təqsirli bilinərək Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində Sabunçu rayon Məhkəməsinin qərarı ilə 12 sutkalıq həbs qətimkan tədbiri seçilib. 

Google+ WhatsApp ok.ru