Bakıda bu gün axşamdan metro bağlanır

Bakıda bu gün axşamdan metro bağlanır

Bakı metrosunda qatarların hərəkəti bugün, martın 31-i saat 22:00-dan aprelin 20-nə kimi dayandırılacaq.
 
Maide.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ qərargahın məlumatında bildirilir.
 
Məlumata görə, ictimai nəqliyyatda müvafiq dezinfeksiya və digər qabaqlayıcı tədbirlər görülsə də, təbii havalandırma şəraiti olmadığından qapalı məkan kimi metro hazırda virusun yayılmasına əlverişli şərait yaradır. «Eyni zamanda, Bakı metropolitenində sərnişinlər arasında sıxlıq və karantin rejimi tələblərinə əməl edilmədiyi də müşahidə olunmaqdadır», - açıqlamada yazılıb.
 
Açıqlamanın sonunda da oxuyuruq: «Həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda, mümkün sərnişin sıxlığının qarşısını almaq məqsədi ilə ekspress xətlər üzrə ehtiyat avtobuslar buraxılıb».
 

Google+ WhatsApp ok.ru