Bakıda cəzaçəkmə müəssisəsində qarışıqlıq yaranıb

Dekabrın 22-də səhər saat 10 radələrində 14 saylı cəzaçəkmə müəssisəsində bir neçə məhkum daxili intizam qaydalarını kobud surətdə pozaraq, digər məhkumların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək hərəkətlərə yol veriblər.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov deyib.

Y.İsakovun bildirib ki, hadisə barədə Ədliyyə Nazirliyinin rəhbərliyinə məruzə edilib. Müəssisənin ətrafına aidiyyəti qurumların əməkdaşları cəlb olunublar: “Penitensiar xidmətin Baş idarəsinin rəhbər əməkdaşları müəssisəyə daxil olaraq, daxili intizam qaydalarını pozmağa cəhd edən məhkumlara qanunun tələblərini izah edib və qısa zaman ərzində cəzaçəkmə müəssisəində sabitlik bərpa edilib. Cəzaçəkmə müəssisənin ətrafına gətirilmiş xüsusi qüvvələr dislokasiya yerlərinə qaytarılıb”.

Onun sözlərinə görə, Penitensiar xidmət rəhbərliyi bir daha bəyan edir ki, cəzaçəkmə müəssisələri daxilində əmin-amanlığı pozmağa yönələn hərəkətlərin qarşısı qanun çərçivəsində qətiyyətlə alınacaqdır.
/

Google+ WhatsApp ok.ru