Bakıda cəzaçəkmə müəssisəsində intihar hadisəsi olub

Bakıda cəzaçəkmə müəssisəsində intihar hadisəsi olub

Ötən gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində intihar hadisəsi qeydə alınıb.
 
SalamNews-un əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü Sumqayıt sakini Aslanov Mahir Nazim oğlu cəza çəkdiyi müəssisədə özünü asıb.
 
Məhkumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nizami rayon şöbəsinə gətirilib. Meyit müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
 
Qeyd edək ki, Aslanov Mahir Nazim oğlu narkotik vasitələrin qanunsuz satışı maddəsi ilə həbsdə olub.O, əvvəllər 3 dəfə məhkumluq həyatı yaşayıb. Sonuncu cəza müddəti isə 2 il olub.
 
Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb və intiharın hansı səbəbdən baş verməsi araşdırılır.
 
 

Google+ WhatsApp ok.ru