Bakıda dəhşətli qəza: ölən var

Sərnişin avtobusu “Mercedes” markalı minik avtomobili ilə toqquşub
 
Bu dəqiqələrdə Bakıda ağır yol qəzası baş verib. 
 
Babək prospektində 49 N-li sərnişin avtobusu “Mercedes” markalı minik avtomobili ilə toqquşub. 
 
Belə ki, sərnişin avtobusu qarşı yola çıxıb və bu zaman əks istiqamətdə hərəkət edən “Mercedes” markalı minik avtomobil ilə toqquşub. 
 
Hadisə zamanı bir nəfər ölüb, bir nəfər isə ağır vəziyyətə xəstəxanaya aparılıb. Qafqazinfo/

Google+ WhatsApp ok.ru