Bakıda dəniz kənarında meyiti tapılan körpə qızın anası tərəfindən öldürüldüyü məlum olub

Bakıda meyiti tapılan körpə qızın anası tərəfindən öldürüldüyü məlum olub.
 
Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Günay Əmrəddin qızı Məmmədova aprelin 15-də övladı, 2013-cü il təvəllüdlü Cəmilə Ramil qızı Mirzəyevanı boğaraq dənizə atıb.
 
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
G. Məmmədova 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.
 
Qeyd edək ki, aprelin 16-da rayonun Bibiheybət qəsəbəsində, dəniz sahilində 2013-cü il təvəllüdlü Cəmilə Ramil qızı Mirzəyevanın meyiti tapılıb.

Google+ WhatsApp ok.ru