Bakıda dəhşətli qəza

Bakıda dəhşətli qəza

-- Ölənlər var

Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
 
Maide.Az "Lent.az" istiandən xəbər verir ki, Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Samir Güləliyevin idarə etdiyi "KamAZ" markalı yük maşını ilə "VAZ 2106" markalı minik avtomobili toqquşub.
 
Nəticədə "VAZ 2106"da olan 1959-cu il təvəllüdlü Haqverdiyev Sakit Salarza oğlu ilə Haqverdiyeva Gülgəz Nunubala qızı ağır bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılsa da, həyatlarını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq insanın ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru