Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bu gün Əliyar Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
 
Bu barədə Maide.az-a Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildiriblər.
 
Məlumata görə, səhər saat 11:00-dan Əliyar Əliyev küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yolun üfüqi nişanlanması işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
 
Sürücülərə alternativ olaraq Ağa Nemətulla küçəsindən istifadə etmələri tövsiyə olunur.

Google+ WhatsApp ok.ru