Bakıda daha bir vəhhabi əməliyyatı həyata keçirildi 20 Avqust 2014 01:00 Ölkə Təşkilat rəhbəri saxlanıldı Azərbaycan hüquq-mühafizə orqanları vəhhabilərə yaxınlığı ilə tanınan beynəlxalq şirkətin Bakı ofisində əməliyyat keçirib. Əməliyyat-axtarış tədbirləri mənzil-qərargahı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyində yerləşən “Dar Al Ber” Humanitar təşkilatın Bakıda fəaliyyət göstərən ofisində həyata keçirilib. İki saata yaxın davam edən axtarışların sonunda ofisdə olan bəzi sənədlər və maddi sübutlar götürülüb. Bundan başqa ofisin əməkdaşları da saxlanılaraq, hüquq-mühafizə orqanına aparılıb. Əməliyyatın motivi barədə hələlik heç bir məlumat verilmir./aznews Teqlər : #Bakıda daha bir vəhhabi əməliyyatı həyata keçirildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah Bakıdakı Dövlət Bayrağı endiriləcək Bakı yaxınlığında sərnişin avtobusu aşdı: yaralılar var