Bakı yaxınlığında sərnişin avtobusu aşdı: yaralılar var

Bakı-Ələt yolunda ağır yol qəzası baş verib. Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, 195 saylı marşrut avtobusu aşıb.

Natiq adlı hadisə şahidinin məlumatına görə, avtobusu "KamAZ" markalı yük maşını vuraraq aşırdıb. Hadisə nəticəsində ölən olmadığı deyilir. Ancaq yaralılar var. Əraziyə 3-4 ədəd təcili yardım maşını cəlb olunub və yaralıları xəstəxanaya aparıblar.

 

Google+ WhatsApp ok.ru