Bakıda dükandakı `Milliön` aparatını `yardılar`

Ötən gecə Bakıda Binəqədi rayonu ərazisində kənd yolu adlanan yerdə ərzaq dükanından oğurluq olub.
 
Oğrular dükanın damından girərək kassadakı pulu, bir neçə qutu siqareti və "Milliön" aparatından xeyli məbləğdə pulu aparıblar.
 
Dükanı yaran şəxslər ələ keçməmək üçün kameraları da özləriylə aparıblar. Əziz Əzizli adlı oxucumuzun çəkib göndərdiyi fotonu təqdim edirik.(Ölkə.az)

Google+ WhatsApp ok.ru