Bakıda evləri su basdı - 77 nəfər təxliyyə olundu

Bakıda evləri su basdı - 77 nəfər təxliyyə olundu

Yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolmuş, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
 
Maide.Az Fövqalədə Hallar Nazirliyinin Mətbuat Xidmətin istinadən xəbər verir ki,  aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 77 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub.
 
Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.
 

Google+ WhatsApp ok.ru