Bakıda fəhləni cərəyan vuraraq öldürüb 25 İyun 2019 15:40 Hadisə Bakıda fəhlə faciəli şəkildə ölüb. Maide.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən "Alprof" MMC-yə məxsus emalatxanada baş verib. Orada fəhlə işləyən, 1986-cı il təvəllüdlü Rahil Məmmədov elektrik çaydanını şəbəkəyə qoşmaq istəyərkən çaydanın birləşdirici hissəsində olan nasazlıqla əlaqədar onu cərəyan vurub. Fəhlə xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Teqlər : #Bakıda,#fəhləni,#cərəyan,#vuraraq,#öldürüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Binəqədi-Novxanı yolunda ağır qəza - 3 avtomobil sıradan çıxdı Kənd sakinləri həyəcan təbili çalır: yırtıcılar kəndə hücum edib