Bakıda güclü yanğın – polis yolu bağladı

Bakıda güclü yanğın – polis yolu bağladı

Bu gün Bakının Suraxanı və Xətai rayonlarının sərhədində, Köhnə Günəşlinin aşağı hissəsində yanğın baş verib.
 
Maide.Az bildirir ki, Lent.az-ın məlumatına görə, İnqilab İsmayılov küçəsi yaxınlığında, “Dərə” adlanan ərazidə toplanmış məişət tullantılarının və qurumuş otun yanması nəticəsində ətrafı qatı tüstü bürüyüb. Əraziyə cəlb edilmiş yanğınsöndürmə briqadaları yanğının miqyasının genişlənməsinin qarşısını alıb və ərazidə müvafiq tədbirlər görülüb.
 
Yanğın zamanı ərazidə qatı tüstü yayıldığından polis əməkdaşları yaxınlıqdan keçən avtomobil yollarını müvəqqəti bağlayıblar.
 
  Hadisə zamanı xəsarət alan olmayıb.

Google+ WhatsApp ok.ru