Bakıda hamilə qadın xəstəxanada ölüb

Bakıda hamilə qadın xəstəxanada ölüb.
 
APA-nın məlumatına görə, Pirallahı rayon sakini Yuliya Loqinova oktyabrın 7-də 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Dörd aylıq hamilə olan Y. Loqinova oktyabrın 13-də xəstəxanada qanaxmadan dünyasını dəyişib. Aparılan müayinələr zamanı onun bir neçə xəstəlikdən əziyyət çəkdiyi məlum olub.
 
Xəzər Rayon Prokurorluğundan da APA-ya bildirilib ki, Y. Loqinova xəstəlikdən dünyasını dəyişib.

Google+ WhatsApp ok.ru