Bakıda heroinli qənd aşkarlandı – FOTO 26 Yanvar 2015 02:00 Xəbərlər Bakıda cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb. Maide.az-ın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin saytına istinadən verdiyi xəbərə görə, xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vüqar Bəxtiyar oğlu Mirzəyevin yanına qısamüddətli görüşə gəlmiş qardaşı, Bakı şəhər sakini Vüsal Bəxtiyar oğlu Mirzəyevin üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan qəndlərin 8 ədədinin oyularaq içərisində gizlədilmiş ümumi çəkisi 2,14 qram olan heroin aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır. Teqlər : #Bakıda heroinli qənd aşkarlandı – FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Məhəmməd (s.ə.s.) Sülh Peyğəmbəri` adlı beynəlxalq film festivalına çağırış edildi Bakıda tәmirә bağlanan yol açılıb