`Məhəmməd (s.ə.s.) Sülh Peyğəmbəri` adlı beynəlxalq film festivalına çağırış edildi

İranda "Məhəmməd (s.ə.s.) Sülh Peyğəmbəri" adlı beynəlxalq film festivalı keçiriləcək. 
Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, artıq İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi "Məhəmməd (s.ə.s.) Sülh Peyğəmbəri" adlı beynəlxalq film festivalında iştiraka çağırış edib.
İran  Mədəniyyət və İslami İrşad Nazirliyinin Quran və İtrət Baş İdarəsi  öz çağırışda  azad düşüncəli kinematoqraflardan istəyib ki, "Muhəmməd (s.ə.s.) Sülh Peyğəmbəri" mövzusunda 114 saniyəlik qısametrajlı film hazırlayaraq, eyni addaTehranda kçeiriləcək beynəlxalq film festivalında iştirak etsinlər.
Festivalda qalib gələn filimlərə mükafatlar veriləcək. Birinci, İkinci və üçüncü yerin qalibləri üçün  20 min dollardan 5 min dollara kimi nağd pul mükafatı nəzərdə tutulub. Festivalda iştirak qaydaları, filmlərin göndərilməsi üçün təyin olunmuş möhlət və digər əlavə məlumatlar tezliklə nazirliyin Quran və İtrət Baş İdarəsinin rəsmi internet səhifəsində (www.Qia.ir)  saytında dərc olunacaq. /
 

 

Google+ WhatsApp ok.ru