Bakıda hündürmərtəbəli binada yanğın söndürülüb

16.34 - Nizami rayonunda, “Laçın” ticarət mərkəzinin yaxınlığında, Elşad Məmmədov-148 ünvanında baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. "Report"un ərazidə olan əməkdaşı xəbər verir ki, yanğın binanın ikinci mərtəbəsində qeydə alınıb. Sakinlərin hamısı təxliyə edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Lakin bir neçə mənzil tamamilə yanıb. Yanğının başvermə səbəbləri bəlli deyil
***
Bakıda hündürmərtəbəli binalardan birində yanğın başlayıb. Maide.az-ın xəbərinə görə, bu barədə jurnalist Əzizə İsmayılova özünün “Facebook” səhifəsində yazıb.
Hadisə Nizami rayonunda, “Laçın” ticarət mərkəzinin arxa tərəfində, İsmayıl Məmmədov küçəsində qeydə alınıb.
Binada məcburi köçkünlər məskunlaşıb. Hazırda binada xeyli sayda sakin var.

Google+ WhatsApp ok.ru