Bakıda işin başlanma vaxtları dəyişdirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş vaxtının dəyişdirilməsiylə bağlı Bakıda özəl sektorda fəaliyyət göstərən işəgötürənlərə və bank rəhbərlərinə müraciət ünvanlayıb.  

Nazirlik 2015-ci ilin avqustundan Bakıda iş vaxtının özəl sektorda saat 07:30 – 08:00 radələrində, bank sektorunda isə saat 10:00-dan başlanmasını tövsiyə edir.

Məqsəd ictimai nəqliyyatın iş rejimini normallaşdırmaq, yollarda tıxacın qarşısını almaq və sərnişin daşımalarında yol hərəkətinin təhlükəsizliyini yüksəltməkdir.  

2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları zamanı tıxacların qarşısını almaq məqsədilə istər dövlət, istərsə də özəl sektorda iş qrafiki dəyişdirilmişdi./

Google+ WhatsApp ok.ru