Bakıda şirkətə basqın olub 23 İyul 2014 01:00 Hadisə “Gilan Aqro” MMC-yə basqın edənlərdən biri tutulub Bakıda “Gilan Aqro” MMC-yə basqın edən maskalı şəxslərdən biri saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Koroğlu Rəhimov küçəsində yerləşən “Gilan Aqro” MMC-yə məxsus ofisə 2 nəfər maskalı şəxs basqın edib. Onlar 1957-ci il təvəllüdlü mühafizəçi İntiqam Axundova zor tətbiq etməklə, əllərini skoçla bağlayıb. Həmin şəxslər mühasibat otağından içərisində 60 min manat, 4180 ABŞ dolları olan dəmir seyfi aparıblar. Hadisədən sonra dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nərimanov rayon Polis İdarəsi və 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən 1981-ci il təvəllüdlü Elnur Məmmədov tutulub. Cinayətdə şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Bakıda şirkətə basqın olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakının mərkəzində kütləvi dava baş verib, bir nəfər bıçaqlanıb Bank işçiləri “Azəriqaz”ın əməkdaşı döyüblər