Bakıda I sinfə şagird qəbulu bu il də elektron yolla olacaq 22 Fevral 2016 02:00 Ölkə Bakıda 2016-2017-ci dərs ilindən I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarov “2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi barədə” əmr imzalayıb. Əmrə əsasən, Bakı şəhərinin ümumtəhsil məktəblərində, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla, elektron sistem vasitəsilə həyata keçirilməsi qərara alınıb. Nazirlikdən bildirilib ki, 2015-2016-cı dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilib, həmin müəssisələrdə I sinfə 44 minə yaxın uşaq qəbul edilib. I sinfə qəbul üçün ərizələrin elektron qeydiyyatının bu prosesin düzgün və səmərəli tənzimlənməsinə, şagird sıxlığı ilə əlaqədar problemlərin vaxtında müəyyənləşdirilib operativ həllinə zəmin yaratması və ictimaiyyət arasında rəğbətlə qarşılanması 2016-2017-ci dərs ilində də ərizələrin qəbulunun bu yolla aparılmasına etibarlı əsas verir./ Teqlər : #Bakıda I sinfə şagird qəbulu bu il də elektron yolla olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Metroda qaydanı pozanlar cəzalandırılacaq -VİDEO Nardaranda polislər əzadarlıq məclisini dağıtdı -YENİLƏNİB