Bakıda karxana yandı, bir nəfər işçi öldü

Bakıda karxana yandı, bir nəfər işçi öldü

Bakıda daş karxanasında yanğın olub.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşən "Korgöz" daş karxanasında baş verib.
 
Yanğın gecə saatlarında Şıxəliyev Eldar İmaməli oğluna məxsus daş karxanasının istirahət otağında başlayıb.
 
Hadisə nəticəsində otaqda olan karxananın operatoru vəzifəsində işləyən Nəzərov Xaləddin Ağa oğlu yanaraq ölüb.
 
Faktla bağlı araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru