Bakıda kişi donaraq ölüb

Bakıda kişi donaraq ölüb

Bakıda donmuş kişi meyiti tapılıb.
 
Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin küçələrinin kəsişməsində qeydə alınıb. Dəmiryol xəttinin kənarında 45-50 yaşlarında naməlum kişi meyiti aşkarlanıb. Əraziyə polis əməkdaşları gəlib. İlkin ehtimala görə, meyiti tapılan tüfeyli həyat tərzi keçirən şəxs olub.
 
Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər.
 
Polisdən bildirilib ki, ilkin ehtimala görə, həmin şəxs donvurmadan ölüb. /

Google+ WhatsApp ok.ru