Bakıdakı mağazaların birində süni qiymət artımının qarşısı alınıb

Bakıdakı mağazaların birində süni qiymət artımının qarşısı alınıb.
 
İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan nəzarət tədbirləri zamanı Bakı şəhəri, Səbail rayonu, M.Rəsulzadə küçəsi, 8 ünvanında yerləşən “Uşaq Aləmi” MMC-yə  məxsus uşaq geyimləri mağazasında malların nəzarət kassa aparatının yaddaşında olan qiymətləri ilə yarlığında göstərilən qiymətləri arasında fərq yaratmaqla, istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.
 
Əsassız qiymət artımına yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb. 

Google+ WhatsApp ok.ru