Bakıdakı təcridxanalardan birində yanğın olub

Bakıdakı təcridxanalardan birində yanğın olub

Daxili İşlər Nazirliyinin Xətaidəki Yetkinlik Yaşına Çatmayanların Müvəqqəti Təcridxanasında yanğın baş verib.
 
Report-un xəbərinə görə, hadisə yerinə 5 yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub. Müəssisədə saxlanan məhkumların təxliyə edildiyi bildirilir.
 
Yanğının müəssisənin zirzəmi hissəsində baş verdiyi qeyd edilir. Müəssisəyə elektrik enerjisinin verilməsi də dayandırılıb.
 
İlkin ehtimala görə yanğın müəssisənin zirzəmi hissəsində olan elektrik qutusunda yaranan qısaqapanmadan törəyib.
 
Yanğının söndürüldüyü bildirilir.
 
Hələ ki, zərərçəkənlərin olub-olmaması ilə bağlı rəsmi bilgi verilməyib.

Google+ WhatsApp ok.ru