Bakıdakı `xruşşovka` binalar söküləcək

Bakıdakı `xruşşovka` binalar söküləcək

"Bəzi "xruşşovka" tipli binaların sökülməsi gündəmdədir".
 
Bunu Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib.
 
"Bakının görünüşünə ciddi xələl gətirən binaların sökülməsi nəzərdə tutulur. Bunlar əsasən 1-2 mərtəbəli binalardır. İlk növbədə insanların həyatı üçün təhlükə yaradan və şəhərin görünüşünə xələl gətirən azmərtəbəli binalar söküləcək. Bu proses hal-hazırda həyata keçirilən pilot layihə çərçivəsində davam edir. Məsələn, Sabunçu, Suraxanı, Binəqədi, Nizami, Nəsimi rayonlarında söküntü işləri həyata keçirilir", - deyə İ. İsbatov bildirib. (apa) /

Google+ WhatsApp ok.ru