Çaylardakı monitorinqin nəticələri açıqlanıb

Çaylardakı monitorinqin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə dekabr ayının II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib. 
 
Nazirliyin mətbuat xidmətindən Maide.Az-a verilən məlumata görə, Dekabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının I ongünlüyünə nisbətən 2 m3/san azalaraq 189 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 3.7, Ağstafaçay su anbarında isə 3.2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. 
 
Dekabr ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.9, I Şahsevəndə 2.4, Bəhramtəpədə isə 3 dəfə YVQH-ni keçib. 
 
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.22-7.30 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Google+ WhatsApp ok.ru