Bakıda mənzildən 62 min AZN pul oğurlandı

Polisdən onu da bildiriblər ki, artıq şübhəli şəxs qismində müəyyən olunan var. Bakıda mənzildən külli miqdarda oğurluq edilib. Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, Nobel prospekti 8 ünvanında yaşayan Həsən Məmmədovun evindən 62 min manat pul və xeyli qızıl-zinət əşyaları oğurlanıb.
 
Bu barədə ərizə ilə polisə müraciət edən zərərçəkən bildirib ki, ona məxsus mənzil qarət olunan zaman evdə olmayıb.
 
Polisdən onu da bildiriblər ki, artıq şübhəli şəxs qismində müəyyən olunan var. 
 
Faktla bağlı  cinayət işi başlanıb.

Google+ WhatsApp ok.ru