Bakıda məhkum intihar etdi 26 Yanvar 2015 02:00 Hadisə Bakıda cəzaçəkmə müəssisəsində intihar hadisəsi baş verib. Hadisə Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Həmin müəssisədə cəza çəkən İsrayıl İsmayıl oğlu Ağayev özünü asıb. Məhkumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Xəzər Rayon Prokurorluğundan APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Teqlər : #Bakıda məhkum intihar etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı metrosunda qadın hər kəsi qorxuya saldı Azərbaycanda piyada faciəsi: 4 ölü, 3 yaralı