Bakıda məşhur “KFC” restoranında yanğın olub - Yenilənib

Bakıda “KFC” kafesinin yerləşdiyi binada baş vermiş tüstülənmənin qarşısı alınıb.
 
APA-nın məlumatına görə, binada hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 maşını və şəxsi heyəti gəlib.
 
Yanğınsöndürənlər tüstülənmənin yanğına çevrilməsinin qarşısını alıblar.
 
Tüstülənmənin nədən baş verdiyi araşdırılır.
 
***
 
Bakıda “KFC” kafesində yanğın baş verib.
 
Maide.az xəbər verir ki, metronun 28 May stansiyasının yaxınlığında yerləşən kafedə qəflətən yanğın başlayıb.
 
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürməyə çalışırlar.  

Google+ WhatsApp ok.ru