Bakıda məişət tullantıları poliqonundan silah-sursat tapılıb

Bakıda məişət tullantıları poliqonunda silah-sursat aşkarlanıb.
 
Maide.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayon 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən “Təmiz şəhər” ASC-nin Balaxanı məişət tullantıları poliqonundan istifadəyə yararsız “Makarov” markalı tapança, pnevmatik tapança, süngü bıçaq, 198 ədəd müxtəlif çaplı patron və avtomat üçün patron darağı tapılıb.

Google+ WhatsApp ok.ru