Bakıda müəllim dərs zamanı öldü 05 Oktyabr 2016 01:00 Hadisə Bakıda fəaliyyət göstərən özəl ali təhsil müəssisələrindən birində ölüm hadisəsi baş verib. Azərbaycan Universitetində riyaziyyat fənnindən dərs deyən fəlsəfə doktoru, 1963-cü il təvəllüdlü Teymurov Rafiq Ağacan oğlu dərs zamanı qəfil yıxılıb. Təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bildirilir ki, R.Teymurov daha əvvəl bir dəfə infarkt keçiribmiş. Yaxınlarının bildirdiyinə görə, onun səhhətində son günlər ciddi problem olmayıb və oktyabrın 2-də toy məclisində iştirak edib. Vəfat edən müəllim həm də sabiq təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi Riyaziyyat və Mexanika İnstitutunun "Optimal idarəetmə” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışıb. (lent.az) Teqlər : #Bakıda müəllim dərs zamanı öldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ağacların kəsilməsinə etiraz edən Qarabağ əlili özünü yandırmaq istəyib Sumqayıtda eyni ailənin üç uşağı tortdan zəhərlənib