Bakıda İmam Mehdi (ə.c) mövlud şənliyi keçirilib

Bəşəriyyətin xilaskarı, on ikinci imam, Peyğәmbәri-Әkrәmin (s) son canişini imam Mehdi (ә.c) mövlud günü münasibəti ilə Bakıda təntənəli bayram şənliyi keçirilib
Maide.az xəbər verir ki, bu gün İmam Zaman Ağanın (ə.f.) mövlud günü münasibəti ilə Bakıda Şəhriyar adına mədəniyyət mərkəzində  mövlud mərasimi təşkil edilib.
Mərasim  Quran tilavəti ilə başlayıb. Müqəddəs ayələrin tilavətindən sonra məclisdə iştirak edən məddahlar İmam Zaman (ə.f) şəninə gözəl şeirlər söyləyib,  İmam Zaman (ə.f) və Əhli-Beyt həyatına dair bilgilərlə geniş nitqilə çıxışlar olunub. 
Sonra  İmam Zaman (ə.f)-a həsr edilmiş biri-birindən gözəl şeirlər və surudlarlarla məclis davam edib. 
Mövlud mərasimi "Fərəc" duasının cəmlə oxunuşu ilə başa çatıb.
Qeyd edək ki, İmam Zaman (ə.f) mövlud tədbirləri Azərbaycanın bir çox rayon , şəhər və kəndlərində qeyd olunur ./

Google+ WhatsApp ok.ru