Vəkil Leyla Yunusla görüşüb

Vəkil Elçin Qəmbərov Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunusla görüşüb.
 
Bu barədə APA-ya məlumat verən E. Qəmbərov bildirib ki, L. Yunusun səhhətində problemlər var: “İstintaqla bağlı hər hansı yenilik yoxdur. Görüşüb söhbət etdik. Səhhətindəki problemlər hələ də qalır”.
 
Qeyd edək ki,Xatırladaq ki, Leyla Yunus ötən il iyulun 30-da həbs edilib. Onun həyat yoldaşı Arif Yunus da həbsdədir. Arif Yunus avqustun 5-də tutulub. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar.
Xatırladaq ki, bundan öncə aprelin 1-də Leyla Yunusla görüşən vəkil Elçin Qəmbərov onun səhhəti ilə bağlı bunları demişdi:  “Leyla xanımla görüşdüm. Ədliyyə Nazirliyinin həkimi də gəlmişdi. Sol gözü artıq görmə qabiliyyətini itirir. Vaxtilə o, gözündən əməliyyat olunub. Həkim deyib ki, insan həbsxanada olanda, yaxud ağır xəstəliklə üz-üzə qalanda belə vəziyyət yaranır və nəticədə gözün pərdəsi qaralır. Həkim bəzi dərmanları yazdı. Amma bu onun müalicəsi üçün yetərli deyil. Göz həkimi sadəcə, dərmanları yazdı. Orqanizmi tamam zəifləyib. Bununla bağlı müvafiq müraciətlər edəcəyik. Tədbir görülməsə, görmə qabiliyyətini tamam itirə bilər. Çəkisi də günbəgün azalır. Leyla Yunusun əsas narahatçılığı səhhəti ilə bağlıdır. Çox ciddi problemdir. Saxlanma şəraiti və yemək aparılmasında problem yoxdur”./
 
 

Google+ WhatsApp ok.ru