Bakıda `Mercedes` yolu keçmək istəyən piyadanı vurub öldürüb 20 Fevral 2015 02:00 Hadisə Ötən gecə Bakının Nizami rayonunda piyadanı avtomobil vurub. Hadisə Qara Qarayev prospektində baş verib. Bakı sakini, 26 yaşlı Babayev Nicat Arif oğlu yolu keçmək istəyərkən "Mercedes" markalı avtomobillə vurulub. Ağır bədən xəsarətləri alan Nicat Babayev təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Kliniki xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Yol qəzasını Nizami Rayon Polis İdarəsi araşdırır. Fakt üzrə cinayət işi başlanılıb. Teqlər : #Bakıda `Mercedes` yolu keçmək istəyən piyadanı vurub öldürüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda 28 yaşlı kişi özünü körpüdən atdı Biləsuvarda xəstəxanada körpə ölümü baş verib