Bakıda nəqliyyat kartı problemi necə həll olunacaq?

"Bakı kart"dan həm metroda, həm də bəzi avtobuslarda istifadə olunması vətəndaşları ciblərində iki ayrı kart gəzdirməkdən xilas etdi. Ancaq bu kartları vətəndaşlar metrodan kənarda o qədər də asanlıqla əldə edə bilmirlər. Səbəb isə kartların satış və yükləmə aparatlarının məhdud sayda olmasıdır.  
 
Bakıda bəzi marşrut avtobuslarında və metroda istifadə edilən "Bakı kart"ın satış və yükləmə aparatlarının sayının azlığı problemi hələ də qalmaqdadır. "Bakı kart"ın yükləmə terminalları bəzi dayanacaqlarda qoyulsa da, əksərində bu sistemlər yoxdur. Bu isə avtobuslardan istifadə edən vətəndaşlar üçün problem yaradır
 
"Bakı kart"dan isə "Xəzər xəbər"ə bildirildi ki, hələlik yükləmə və kart satış aparatları "Bakı Bus" avtobuslarının hərəkət marşrutu üzərində olan dayanacaqlarda quraşdırılır və şirkət Bakı üzrə əhatə dairəsini genişləndirdikcə bu aparatların da sayı artacaq. Ancaq vətəndaşlar bu kartları dayanacaqlardakı aparatlardan başqa mətbuat köşklərindən də ala və gediş yükləyə bilərlər...
 
Bu məsələ ilə bağlı daha bir problem isə dayanacaqlardakı informasiya terminallarında kartların balansını göstərən sistemin işləməməsidir...
 
Dayanacaqlardakı informasiya terminallarında kartdakı balansın gedişini öyrənmək üçün sistem quraşdırılıb və burda yazıb ki, əgər balansı yoxlamaq istəyirsinizsə kartınızı yaxınlaşdırın və balans ekranda göstəriləcək. Ancaq biz kartı həmin yerə yaxınlaşdırsaq da ekranda heç bir yeni məlumat görünmür
 
Məsələ ilə bağlı Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən bildirdilər ki, sistemin balansın öyrənilməsi ilə bağlı olan hissəsi hələ aktivləşdirilməyib. Sistemin nə vaxt tam aktivləşdiriləcəyinə gəlincə isə, bu, bütün şəhərdaxili marşrutlarda vahid kartdan istifadəyə keçiddən sonra baş tutacaq. xezerxeber /

Google+ WhatsApp ok.ru