Güclü yağışın yaratdığı sel nəticəsində Cəlilabadda bir neçə körpü uçub, kəndlərlə əlaqə kəsilib - FOTO

Cəlilabadda ötən gündən fasiləsiz yağan yağış bir neçə kəndi iflic vəziyyətinə salıb. 
Rayon ərazisində ötən gündən yağmağa başlayan güclü yağış hazırda da davam edir. 
Yağışın yaratdığı sel-suları nəticəsində rayonun Albalan, Vənlik, Oğrubulaq, Buravar kəndləri çətin duruma düşüb. Həmin yaşayış məntəqələrində sakinlərin təsərrüfatlarına xeyli ziyan dəyib. Çayların daşması nəticəsində bir neçə körpü uçub və kəndlərlə əlaqə kəsilib. Cəngan kəndində 10 min kilovoltluq elektrik dirəyi yıxıldığından elektrik enerjisinin verilməsi dayandırılıb. 
Axşam saatlarında Göytəpə su anbarında, Mişarçay anbarında təhlükəli vəziyyət yaranıb. Əraziyə cəlb edilən FHN-nin texnika və canlı qüvvəsi nəticəsində təhlükə aradan qaldırılıb.(report)
 
 
 
 

Google+ WhatsApp ok.ru