Bakıda növbəti Quran gecəsi keçiriləcək

Bakının "Hacı Cavad" məscidində növbəti Quran gecəsi keçiriləcək. Bu barədə Məscidin dini icma rəhbərliyindən məlumat verilib. Bildirilib ki, mərasim fevralın 22-də axşam namazından sonra başlayacaq. Mərasimdə tanınmış Quran hafizləri, ilahiyyatçı alimlər iştirak edəcəklər.
 
Qeyd edək ki, bundan əvvəl də "Hacı Cavad" məscidində üç dəfə Quran gecəsi keçirilib. Məscid rəhbərliyinin sözlərinə görə, belə mərasimləri keçirməkdə məqsəd insanların Qurana olan maraq və sevgilərini artırmaqdır.
 
Məclisə bütün quransevərlər dəvət olunurlar.SalamNews

Google+ WhatsApp ok.ru