Bakıda növbəti dollar panikası

Mərkəzi Bankdan dollar açıqlaması

Azərbaycanda dolların növbəti dəfə kəskin bahalaşacağı gözlənilir.
 
Bakı sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, Bakıda valyutadəyişmə məntəqələrinin əksəriyyəti bağlanıb.
 
Valyutadəyişmə məntəqəsində çalışanlar bunun səbəbini sabah dolların bahalaşacağı ilə izah ediblər.
 
Onların sözlərinə görə, sabah dollar 10 qəpik bahalaşacaq. Yəni 1 dollar 1,15 manat olacaq. 
 
Bu saatlarda Bakıda əhali dolların bahalaşacağı xəbərindən panikaya düşərək əlindəki milli valyutanı dollara dəyişməyə çalışır. Valyutadəyişmə məntəqələrinin bağlanması da panikanı artıran səbəblərdəndir. Müvafiq qurumlar isə hələlik heç bir açıqlama verməyib.
 
Dolların kəskin bahalaşacağı ilə bağlı deyilənlər şayiədir.
 
Bunu ANS PRESS-ə açıqlamasında Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev bildirdi.
 
Onun sözlərinə görə, dolların məzənnəsi Mərkəzi Bankın saytında göstərilib: "Sabah kəskin bahalaşma barədə deyilənlər əsassızdır. Heç bir panikaya ehtiyac yoxdur".
 
Qeyd edək ki, dolların növbəti dəfə kəskin bahalaşacağı ilə bağlı xəbərlər yayılıb. Bu səbəbdən də Bakıda valyutadəyişmə məntəqələrinin əksəriyyəti bağlanıb.
 
Valyutadəyişmə məntəqəsində çalışanlar sabah dolların 10 qəpik bahalaşacağın bildiriblər./
 

 

Google+ WhatsApp ok.ru