Bakının IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalandı 07 Aprel 2015 01:00 Ölkə Bu gün Azərbaycanın IV İslam Həmrəyliyi Oyunları - Bakı 2017-yə ev sahibliyi etməsi ilə bağlı müqavilənin rəsmi imzalanma mərasimi keçirilib. Trend xəbər verir ki, müqaviləni Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin prezidenti, şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Al-Saud və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə imzalayıblar. Mərasimdə Bakı 2017-yə həsr olunmuş videoçarx nümayiş olunub. Qeyd edək ki, 2013-cü il iyulun 23-24-də Səudiyyə Ərəbistanının Ciddi şəhərində İHİF-in 8-ci Baş Assambleyasında 4-cü İslam Həmrəyliyi Oyunlarının ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsi barədə qərar qəbul edilib. 2013-cü il sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı İHİF-in bayrağı Azərbaycana verilib./ Teqlər : #Bakının IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda növbəti dollar panikası Afinanın mərkəzində anarxistlər iğtişaşlar törədib