Bakıda piyada keçidində yerləşən çayxanada yanğın olub

Bakının Səbail rayonunda çayxanada yanğın olub.
Maide.az xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyinin saytı yayıb. Məlumatda bildirilir ki, Nəqliyyat Nazirliyinə məxsus (ümumi sahəsi 50 kv.m olan keçid) piyada keçidində ümumi sahəsi 30 kv.m olan fəaliyyət göstərməyən çayxananın taxtadan ibarət tavanı yanıb. Keçid yanğından mühafizə olunub.
 
Yanğın saat 00:49-da söndürülüb. /
 

Google+ WhatsApp ok.ru