Bakıda piyadaları vurduğuna görə iki sürücü saxlanılıb

Bakının Sabunçu rayonunda piyadaların vurulmasına görə, iki sürücü saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Firdovsi Xəlilovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən "Range Rover" markalı avtomobilin sürücüsü Bakı şəhər sakini Əbülfəz Abdullayev saxlanılıb.
Həmçinin Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elşad Vəlizadəni xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "VAZ-2106" markalı avtomobilin sürücüsü Bakı şəhər sakini Fəxrəddin Dadaşov saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır. 

Google+ WhatsApp ok.ru