Bakıda piyadanın səbəb olduğu qəzada sürücü və sərnişinlər yaralandı

Binəqədi rayonunda sürücünün idarəetməsindən çıxan avtomobil qəza törədib. Hadisə Ramiz Məmmədov küçəsi 93 ünvanında baş verib. Qəza zamanı Kamran Mehdiyev idarə etdiyi “Opel” markalı avtomaşınla şəhər istiqamətində hərəkətdə olarkən qəfildən qarşısına piyada çıxıb. Piyadanı vurmamaq üçün nəqliyyat vasitəsini sağa qaçıran sürücü maşını yeni tikilən körpünün dirəyinə çırpıb. 
 
Qəza zamanı sürücü Kamran Mehdiyev və avtomobildə olan 2 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılara ilk yardımı göstərilib və onlar 1 saylı şəhər xəstəxanasına yerləşdiriblər. Xəstəxanadan yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
 
Qəzaya düşən avtomobilin yanma təhlükəsi olduğundan hadisə yerinə yanğından mühafizə hissəsinin əməkdaşları dacəlb olunub. Nəqliyyat vasitəsində yanğının baş verməsinə imkan verilməyib.
 
Qəza ilə bağlı polis hadisə yerindən Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Aparılacaq araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək. 
 

Google+ WhatsApp ok.ru