Bakıda polis bölməsində adam öldü

Bakıda polis bölməsində ölüm hadisəsi baş verib.
 
Maide.Az xəbər verir ki, Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün 1-ci Polis Bölməsində qeydə alınıb. 
 
İzahatı alınmaq üçün bölməyə dəvət olunan 1986-cı il təvəllüdlü Zaur Səxavət oğlu Sultanov polis bölməsinin həyətində səhhəti qəfildən pisləşib və ölüb. Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin olunub.
 
Faktla bağlı araşdırma aparılır. /

Google+ WhatsApp ok.ru