Bakıda Qədir-Xum münasibətilə Voleybol Turniri keçirildi

Qarşıdan İslamın ən əzəmətli bayramlarından olan Qədir-Xum bayramı gəlməkdədir. Dünyanın hər yerində Əhli-beyt (ə) davamçıları bu bayramı müxtəlif formalarda, böyük əzəmətlə keçirməkdədir.

 

Dəyərlər Oxucular Klubu Qədir-Xum bayramı münasibətilə möhtəşəm Voleybol Turniri keçirib.

 

Turnir barədə Deyerler.org-a məlumat verən Dəyərlər Oxucular Klubunun moderatoru Kazım ƏIibəyli bildirib ki, Turnirə ümumilikdə 45-dən çox Klub üzvü qatılıb. 6 komanda 3 saat ərzində gözəl oyun nümayiş etdirib.

 

Gərgin və maraqlı keçən qarşılaşmalar nəticəsində iki finalçı komanda müəyyənləşib. Yekunda qalib komanda müəyyənləşib.

 

Turnirin sonunda xatirə fotoları çəkilib. deyerler/

 

 

Google+ WhatsApp ok.ru