Milli Şuranın 12 oktyabr mitinqi - FOTO

Məlum olduğu kimi, Milli Şura bu gün saat 15:00-da mitinq keçirtmək barədə qərar qəbul edib.
 
Mitinqin keçirilməsi Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
 
Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, Milli Şuranın mitinqınə qoşulmaq niyyətində olan vətəndaşlar tədbirin keçiriləcəyi əraziyə toplaşmağa başlayıblar.
 
Ancaq polis mitinqin başlanacağı vaxtdan əvvəl gələnləri "Məhsul" stadionuna buraxmayıb. Polis əməkdaşları bildiriblər ki, mitinq iştirakçıları stadiona tədbirin başlanma vaxtında - saat 15:00-da buraxılacaqlar.
Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, mitinqin başlanma vaxtına bir neçə dəqiqə qalmış polis aksiya iştirakçılarını stadiona buraxmağa başlayıb. 
 
Milli Şuranın mitinqində Müsavat Partiyasını İsa Qəmbər və Arif Hacılı təmsil edirlər. Mitinqdə AXP sədri Pənah Hüseynin və müxalifət düşərgəsinin bir sıra tanınmış təmsilçilərinin də iştirak etdiyi bildirlir./
 

Google+ WhatsApp ok.ru