Bakıda qazsız bina qalmayacaq

Yaxın vaxtlarda paytaxtda qazla təmin olunmamış bina qalmayacaq.
Azərbaycan Respubikası Dövlət Neft Şirkəti (ARDNŞ) ciddi şəkildə işlərə başlayıb və sürətlə qazlaşdırma işləri gedir.
Əldə etdiyimiz məlumata görə, 2015-ci ildə Bakının qazla təmin olunmamış əsas əraziləri sayılan Yeni Yasamal, Əhmədli qəsəbəsi və digər ərazilərdə yerləşən hündürmərtəbəli binalara qaz çəkilişi başa çatacaq.
ARDNŞ ümumilikdə 2014-cü il ərzində qazla təmin olunmuş yeni tikilən hündürmərtəbəli binaların sayını açıqlayıb. Qurumun rəsmi saytında verilən məlumata görə, 2014-cü ildə 238 çoxmərtəbəli binaya təbii qaz verilib. Halbuki, 2013-cü ildə bu rəqəm 149 idi.
“Azəriqaz” İstehsalat Birliyi 2014-cü ilin dekabr ayı ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 42 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib. Bu binalarda 3485 ailə yaşayır.
Məlumat üçün bildirək ki, 2014-cü il ərzində təbii qaz verilmiş 238 çoxmərtəbəli binada ümumilikdə 17 348 ailə yaşayır. axar.az /

Google+ WhatsApp ok.ru